Niyə SuperSun hazır yeməkləri?
Sizin rahatlığınız və özünüzə daha çox zaman ayırmağınız üçün bütün bişirmə mərhələri bizim tərəfdən həyata keçirilən SuperSun hazır yeməklərini yaratdıq. Yeməzdən öncə sadəcə 3 dəqiqə isidib servis edirsiniz.
SuperSun hazır yeməklərini necə istifadə etməli?
Həm soyuq, həm də isti şəkildə yeyilə bilən SuperSun hazır yeməklərini sizə rahat hər isitmə metodu ilə qızdıra bilərsiniz: istər sobada, istər mikrodalğalı sobada, istər isti suda və ya ənənəvi sobada tavaya əlavə etməklə. Cəmi 3 dəqiqəyə isinir. Mikrodalğalı sobada: Paketi, üst qapaq örtüyü azacıq aralanmış şəkildə sobaya daxil edib, müddətini 3 dəqiqəyə təyin edirsiniz. Ənənəvi sobada: Paketi, üst qapaq örtüyü azacıq aralanmış şəkildə sobaya daxil edib, müddətini 5 dəqiqəyə təyin edirsiniz. Tavada: Hazır yemək tavaya əlavə edilir və 5 dəqiqə qızdırılır. Qaynar suda: Məhsul alındığı kimi qaynadılmış suya qoyulur və 8 dəqiqə qızdırılır. Bu müddət ərzində suyu yenidən qaynatmağa ehtiyac yoxdur.
Hazır yeməklərdə hər hansı qoruyucu maddə varmı?
SuperSun hazır yeməkləri bişirildikdən sonra strezilə edildiyindən tərkibində heç bir qoruyucu maddə yoxdur.
Ev yeməyindən fərqi varmı?
SuperSun hazır yeməklərinin bişirilmə mərhələləri ev üsulu ilə eynidir. Ev yeməyindən heç bir fərqi yoxdur.
Hazır yeməklərin istifadə müddəti nə qədərdir?
SuperSun hazır yeməklərinin istifadə müddəti 1 ildir.
Qoruyucu olmadan necə bu qədər müddət saxlanıla bilir?
Sterilizə edilmiş qidalarda mikroblar tamamilə məhv edilərək zərərsizləşdirilir. Məhsulun xarab olmasına səbəb olan mikroorqanizm və fermentlər strelizasiya yolu ilə kənarlaşdırılır. Bunlarla yanaşı SuperSun hazır yeməklərinin qablaşdırılması tamamilə hava və işıq keçirmir ki, bu da mikroorqanizmlərin yaranmasına əngəl olur.
SuperSun hazır yeməklərinin tərkibində GMO yoxdur.
SuperSun hazır yeməklərinin hansı çeşidləri var?
SuperSun hazır yeməkləri 8 çeşiddə təqdim olunur: 1. Tas kəbab 2. Ətli ağ lobya 3. Qiyməli badımcan 4. Toyuq tomat sousunda 5. Göbələkli kartoflu toyuq 6. Yarpaq dolması 7. Lobyalı düyü 8. Qiyməli qarabaşaq
SuperSun hazır yeməkləri nə zaman yeyilməlidir?
SuperSun hazır yeməklərini günün istənilən saatında harada olsanız yeyə bilərsiniz: istər naharda, istər şam yeməyində, istər piknikdə, ovda, işdə və ya evdə, bir sözlə, hər yerdə!
SuperSun hazır yeməklərinin tərkibi yalnız halal məhsullardan ibarətdir.
Məhsulun qablaşdırılması istiyə necə davamlıdır?
Azərbaycanda ilk dəfə SuperSun hazır yeməklərinin qablaşdırılmasında istiyədavamlı material istifadə olunub. Buna görə istənilən isitmə metodu ilə isidilə bilir.